"İnter"in məşqçisi: "Cəmi 12 nəfərlə məşq etmişdik

Premyer Liqanın 8-ci turunda “İnter” evdə “Qarabağ”a 0:2 hesabıyla uduzdu. 

Bakı klubunun baş məşqçisi Zaur Svanadze həyat yoldaşının vəfatı ilə əlaqədar mətbuat konfransında iştirak etmədi. Onu köməkçisi Zaur İsmayılov əvəzlədi.

Newsport.az xəbər verir ki, İsmayılov oyunla bağlı bunları deyib: 
“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Bilirdik ki, çətin olacaq. Heyətimzidə bir neçə itki var idi. Cəmi 12 nəfərlə məşq etmişdik. Buna baxmayaraq, uşaqlar əllərindən gələni etdilər. Bacardıqları qədər mübarizə apardılar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right