Qaçqın statusundan xilas oldular Foto

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi başa çatıb.

Newsport.az xəbər verir ki, may ayının əvvəllərindən təmirə bağlanılan arenada ot örtüyü dəyişdirilərək yenisi ilə əvəz olunub.

SİS şirkət tərəfindən salınan qazon 5 ay ərzində müasir standartlara cavab verən vəziyyətə gətirilib. Ötən həftə xarici mütəxəssislər stadionda olaraq, xüsusi texniki cihazlar vasitəsilə ot örtüyünün keyfiyyətini yoxlamadan keçiriblər. Təftişin nəticələri uğurlu olub. Son tamamlama işlərindən sonra isə meydança təhvil verilib.

Bununla bağlı SİS şirkətinin əməkdaşı Orxan Yunusov “Kəpəz”in saytına açıqlama verib:

“Şükürlər olsun ki, deyilən vaxtda işləri bitirdik. Bundan sonra “Kəpəz” artıq ev oyunlarını Gəncədə keçirə bilər. Meydança yaxşı vəziyyətdədi, bütün tələblərə cavab verir. Bir müddət öncə şirkətimizin əməkdaşları tərəfindən burda yoxlamalar aparıldı, nəticələr müsbət oldu. Gəncə futbolu, “Kəpəz” üçün xeyrli və uğurlu olsun”.

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi AFFA-nın maliyyə dəstəyi ilə həyata keçirilib.

Stadionda aparılan işlərlə əlaqədar olaraq “Kəpəz” ev oyunlarını başqa stadionlarda keçirməyə məcbur olurdu.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz