Bu gün 17 yaşadək futbolçulardan ibarət milli komandamız Avropa çempionatının ilkin
seçmə mərhələsində ikinci oyununu keçirilib.
Newsport.az-ın xəbərinə görə, Mirbağır İsayevin komandası Bolqarıstanın Ukrayna yığması ilə qarşılaşıb.
Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda keçirilən görüşdə millimiz darmadağın olub - 1:6.
Qeyd edək ki, Azərbaycan millisi ilk oyundan İrlandiya yığmasına 0:6 hesabı ilə uduzub.
13 oktyabr
Avropa çempionatının ilkin seçmə mərhələsi
II tur
Ukrayna - Azərbaycan - 6:1
Qollar: Mixaylo Mudrik, 3 (1:0), Roman Yakuba, 15 (2:0), İsmayıl Zülfüqarlı, 17 (2:1), Danilo Silkan, 38 (3:1), Alan Aussi, 62 (4:1), Stanislav Biblik, 78 (5:1), Artyom Sulianski, 80+1 (6:1)
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Baş hakimin köməkçiləri: İbrahim Çağlar Uyarcan (Türkiyə), Miroslav Maksimov (Bolqarıstan)
Dördüncü hakim: Georgi Davidov (Bolqarıstan)