"Qarabağ"da ciddi itki

"Qarabağ"ın futbolçusu Miçel Madera zədələnib.
 

Newsport.az-ın xəbərinə görə, bu barədə Ağdam klubunun kapitanı Rəşad Sadıqov məlumat verib. O bildirib ki,  ispan yarımmüdafiəçi ayağında ağrılar hiss etdiyi üçün son məşqlərdə iştirak etməyib.
 
R.Sadıqov "İnter” və "Atletiko”ya qarşı matçlara tam heyətlə hazırlaşacaqlarına ümid etdiyini söyləyib: "Yakub Jezniçak, Maksim Medvedev əvvəldən zədəli idi. Miçel son məşqlərdə ayağında ağrı hiss etdi. Hazırda o, məşq etmir. Futbolçularımız millinin düşərgəsindən yorğun qayıdıb. Bədavi Hüseynov və mənim ayağımda ağrılar var. Sıx qrafiklə çıxış edirik. Oyunlar da ağır olduğundan, stresləri çoxdur, fiziki cəhətdən xeyli güc sərf edirik. Hazırda ən əsas problemimiz mikrozədələrdir. İnanıram ki, həm "İnter", həm də "Atletiko" ilə oyunlara tam heyətlə hazırlaşa biləcəyik”.

qol.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right