"Futbol ictimaiyyətinin baxışı dəyişməlidi" Rəşad Sadıqov

Bu gün “İmarət” Fan-klubunun təşəbbüsü ilə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri ilə görüşüb.

 

Newsport.az Qol.az-a istinadən xəbər verir ki, o, görüşdə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunmasının mümkünlüyü məsələsinə də toxunub. Bildirib ki, millidə işləmək çətin və məsuliyyətli işdir.

 

35 yaşlı futbolçu onu da deyib ki, hələ Robert Prosineçkinin millidə qalıb-qalmayacağı bilinmir: “Hazırda yalnız "Atletiko" ilə oyunu düşünürəm. Ən azı qışa qədər futbolçu karyeramı davam etdirəcəyəm. Sonrasına baxarıq".

 

Azərbaycan futbolundakı problemlər barədə də danışan R.Sadıqov bildirib ki, yerli mütəxəssislərin futbola baxışı dəyişməlidir: "Daha doğru analiz aparmaq lazımdır. "Roma" ilə görüşdə Edin Cekonu "ikinci mərtəbə"də saxlaya bilsəydim, "Qarabağ"da deyil, "Mançester Siti"də oynayardım. Futbol ictimaiyyətinin baxışı dəyişməlidir. Kənardan baxıb, danışmaq asandır".

 

Rəşad dünən törətdiyi yol qəzası haqda da danışıb: "Ciddi bir şey yoxdur. Allaha şükür, özümə heç nə olmadı. Düzü, sürət də yüksək deyildi. Xəsarət almamışam. Baş məşqçi icazə versə, növbəti oyunda iştirak edə bilərəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right