AFFA Həvəskarlar Liqasını çətin vəziyyətdə qoydu

AFFA-nın yeni Regional Liqa yaratması Həvəskarlar Liqasını da çətin vəziyyətdə qoyub.

Newsport.az xəbər verir ki, məhz yeni liqanın yaradılması və ora mükafat fondunun ayrılması komandaların ora axınına səbəb olub.

Artıq əksər komandalar, xüsusi ilə də yeni yaranan komandalar Həvəskarlar Liqasında, I Divizionda yox, Regional Liqada oynamaq istəyir. Hazırda Həvəskarlar Liqasında yarışan 4 komandanın da iştirak üçün Regional Liqaya üz tutduğu deyilir.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right