Robert Prosineçki Sloveniya yığmasında? Lyublyanaya dəvət etdilər

Dekabrın 1-də milli komandamızla müqaviləsi başa çatacaq Robert Prosineçkinin yeni komandası müəyyənləşmək üzrədir.

 

Newsport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Sloveniya yığmasını çalışdıra bilər. Sreçko Krataneçlə yolları ayıran federasiya Prosineçkini paytaxt Lyublyanaya görüş üçün dəvət ediblər. Federasiya millimiziin çalışdırıcısı ilə müqavilənin detallarını müzakirə edəcək.

 

Bir neçə gün öncə Sloveniya mətbuatı Prosineçkinin Sloveniya Futbol Federasiyasından 800 min avro illik maaş tələb etdiyini yazmışdı.

 

Xatırladaq ki, Prosineçki 2014-cü ildən yığmamızı çalışdırır. Onun rəhbərliyi altında millimiz DÇ-2018-in seçmə mərhələsində 10 oyuna 10 xal topladı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right