"Qarabağ" rəsmisi Avropa Klublar Birliyinə üz seçildi

Avropa Klublar Birliyinin (ECA) Yarış İşçi Qrupuna (Competition Working Group) Azərbaycandan “Qarabağ”ın baş meneceri Asif Əsgərov üzv seçilib.

Newsport.az-ın məlumatına görə,  49 nəfər öz namizədliyini irəli sürmüşdür və seçilmiş 6 şəxs arasında Azərbaycan və “Qarabağ”ımızı Asif Əsgərov təmsil edəcək.

Qeyd edək ki, Yarış İşçi Qrupuna “Real”dan Emilyo Butragueno, PAOK-dan Lugoş Mixel, “Qalatasaray”dan Cenk Ergün, “Yuventus”dan Ruzo Lombardo, “Malmö”dən Nikas Karlsson və “Qarabağ”ımızdan Asif Əsgərov seçilib.

qarabağ.fc





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right