Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət  millimiz Avropa çempionatının ilkin seçmə mərhələsində  iştirak edəcək.

Newsport.az xəbər verir ki, turnir üçün yığmamıza aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Ayxan Arazlı, Turan Vəlizadə,  Zamiq Əliyev, Musa Qurbanlı (hamısı "Qarabağ"), Elməddin Sultanov, Samir Qurbanov, Veysəl Rzayev, Cavidan Rəhimli, Məhəmməd Məhərrəmov, Xəyal Muradov (hamısı "Qəbələ"), Nicat Məmmədov, Mahir Həsənov, İsmayıl Zülfüqarlı, Vüsal Əsgərov (hamısı "Neftçi"), Sərcan Omarov, Ceyhun Nuriyev (hər ikisi "İnter"), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə ( hər ikisi "Sumqayıt"), Murad Məmmədov ("Səbail"), Elnur İbrahimov ("Spartak-2 (Moskva, Rusiya).

Qeyd edək ki, millimiz turnirdə ilk oyununu bu gün Bolqarıstanın Gorna Orechovitsa şəhərindəki "Lokomotiv" stadionunda İrlandiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right