“Zirə” “Səbail”ə qalib gəldi

Milli komandaların seçmə mərhələ oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında mübarizə aparan daha iki klub bu gün yoxlama matçı keçirib. 

Newsport.az-ın məlumatına görə, “Zirə” “Səbail”lə üz-üzə gəlib.

Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara 6 qol vurulub. Sonda meydan sahibləri qələbəyə seviniblər – 4:2.

“Zirə”nin heyətində Riçard Qadze dubla imza atıb. Digər qolları isə David Manqa və Vüsal İsgəndərli rəqib qapısından keçirib. “Səbail”in də heyətində isə Adrian Popoviçi ilə Raul Yaqubzadə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right