"Sumqayıt" "Qarabağ"ı məğlub etdi

Milli komandanın oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Qarabağ" yoxlama görüşü keçirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubu "Azersun Arena"da "Sumqayıt"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub. "Sumqayıt"ın qollarını 10-cu dəqiqədə Amil Yunanov, 19-cu dəqiqədə isə Azər Salahlı rəqib qapısından keçirib. "Qarabağ"da isə Miçel penalti zərbəsindən fərqlənib.

7 oktyabr

Yoxlama oyunu

"Qarabağ" - "Sumqayıt" - 1:2
Qollar:
 Amil Yunanov, 10 (0:1), Azər Salahlı, 19 (0:2), Miçel, pen (1:2)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right