Dəqiqləşdi: “Kəpəz” tarixi oyunda evinə dönür

Gəncə  şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri səbəbindən “Kəpəz” ev oyunu anlayışından məhrum olub.

Şahin Diniyevin rəhbərlik etdiyi komanda ev meydançası kimi gah Yevlax şəhər stadionundan istifadə edti, gah da oyunlarının səfər matçına dəyişdirilməsinə razı oldu. Amma hazırda yerli çempionatda ən çox azarkeş potensialına malik olan “Kəpəz” klubunun doğma meydan həsrəti sona çatır.

Newsport.az saytının məlumatına görə,Azərbaycan Premyer Liqasının 9-cu turundan etibarən “Kəpəz” ev oyunlarını doğma publika önündə keçirəcək. Yeni meydanda ilk oyun isə tarixi matça təsadüf edəcək. Belə ki, “Kəpəz” yenilənmiş stadionunda ilk olaraq oktyabrın 21-də əzəli rəqibi olan “Neftçi”ni qəbul edəcək. 

Qeyd edək ki, tərəflər arasında keçirilən ilk oyun qolsuz bərabərliklə başa çatıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right