Serxio Aqueronun qayıdacağı tarix müəyyənləşdi

Bir neçə gün əvvəl avtoqəza keçirən Serxio Aqueronun aqibətinə aydınlıq gəlib.

Newsport.az xəbər verir ki, həkimlər hücumçunun hansı müddətdə yaşıl meydanlardan kənar qalacağını bildirib.

Tibb işçiləri 29 yaşlı forvardın 6 həftə oynaya bilməyəcəyini açıqlayıb. Onlar həmçinin, bu müddətin uzana biləcəyini də deyiblər. 

Qeyd edək ki, “Mançester Siti”nin üzvünün ötən həftə Hollandiyanın paytaxtı Amsterdamda keçirdiyi qəza nəticəsində qabırğaları qırılmışdı. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right