Əfran İsmayılov - DÇ-lərdəki bombardirimiz

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Çexiya ilə qarşılaşan Azərbaycan yığması tarixində ilk dəfə bu milliyə məğlub oldu. Daha əvvəl tərəflər arasında baş tutan 2 matçda millimiz 1 qələbə və 1 heç-heçə ilə yadda qalmışdı.

Çexiyanı məyus edən Əfran İsmayılov yığma karyerasında vurduğu qolların sayını 5-ə yüksəltməklə millidə bu sayda qol vuran 6-cı futbolçu oldu. Digər 5 oyunçu karyerasını başa vurduğundan İsmayılovun onları arxada qoyması şansı çoxdu. Bundan başqa Əfran komandamızın cari tsikldə ən çox fərqlənən oyunçusudu – 3 qol. İndiyə kimi cəmi 2 futbolçumuz bir tsikldə maksimum 3 qol vurmağa nail olmuşdu. Qurban Qurbanov AÇ-2004-ün, Dimitri Nazarov isə AÇ-2016-nın seçmə mərhələsində bu uğura imza atmışdı. Əfran isə DÇ-lərin seçmə mərhələsində 1 tsikldə ən çox fərqlənən futbolçumuz kimi yadda qaldı. O, son turda Almaniya ilə görüşdə bu göstəricisini daha da yaxşılaşdıra bilər.

Ötən il Ostravada Çexiya ilə qolsuz bərabərliyə imza atan ölkəmiz ilk dəfə səfərdən xalla qayıtdığı komandaya evdə məğlub oldu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right