"Kəpəz"dən ayrılmağıma səbəb..." - Cəfər Hacıyev adam döyüb?

Gəncənin "Kəpəz” klubunun düşərgəsində dava düşüb.

Newsport.az-ın məlumatına görə, Gəncə təmsilçisinin icraçı direktorunun müavini Cəfər Hacıyev adam döyüb. Bu barədə "Futbol+” qəzeti məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Gəncə stadionunun ot örtüyünə qulluq edən SİS şirkətinin nümayəndəsi Orxan adlı şəxs Hacıyevin qəzəbinə səbəb olub. Əvvəlcə sözlü mübahisə edən tərəflər sonradan tutaşıblar. Nəticədə Cəfər Hacıyev qəbələli Orxanı döyüb. Bundan xəbər tutan klub rəhbərliyi icraçı direktor Cabir İbrahimova yaxın şəxs sayılan Hacıyevi işindən qovub.

Klubun sözçüsü Azad Mustafayaev Cəfər Hacıyevin "Kəpəz”dəki işindən ayrıldığını təsdiqləyib.

Ancaq futbol11.az saytına açıqlama verən klubun sabiq işçisi məlumatı təkzib edib: "Yazılanlar həqiqəti əks etdirmir. Mən öz işimlə bağlı "Kəpəz"dən ayrılmışam və ötən ayın 29-u şəxsi istəyimlə ərizəmi yazmışam. Lazımdırsa, klub rəhbərliyindən ərizəmin nüsxəsini də ala bilərsiniz. "Kəpəz"dən çıxmağıma səbəb isə ölkənin nüfuzlu şirkətlərinin birində işə düzəlməyimdir.  Həyat mübarizə deməkdir və insan hər zaman böyük uğurlar əldə etmək istəyir. Kimisə döyməyimə gəlincə, istəsəniz, şənbə günü Gəncəyə gəlin, bir yerdə stadiona gedək və işçilərlə necə münasibətdə olduğumu gözlərinizlə görün".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right