"Öz oyunum çox bərbad idi" - Cavid Hüseynov

"Məğlubiyyət hər zaman acı olur. Qələbə qazanmaq və azarkeşlərimiz sevindirmək istəyirdik. Sadəcə alınmadı".

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin futbolçusu Cavid Hüseynov deyib. 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununda Çexiyanı qəbul edən millimiz 1:2 hesablı məğlubiyyətə üzülüb. Yığmaızın yarımmüdafiəçisi matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. 

O, çox zəif çıxış etdiklərini deyib: "Tez-tez top itkisinə yol verirdik. Öz oyunum çox bərbad idi. Çox top itirməyimiz, dəqiq ötürmələr verə bilməməyimiz məğlubiyyətə səbəb oldu. Əzmkarlıq sayəsində irəlidə nəsə etməyə çalışsaq da, bacarmadıq".

Hüseynov milli karyerasını başa vuran Rəşad Sadıqov barədə də fikir bildirib: "Əlbəttə, Rəşadı qələbə ilə yola salmaq istəyirdik. Onun futbolumuz üçün əziyyəti çoxdu. Bizə nəyin mane olduğunu bilmirəm. Sadəcə oyunumuz alınmadı". 

Təcrübəli oyunçu bir neçə gün sonra Almaniya yığmasında qarşı keçirəcəkləri matçdan da danışıb: "Almaniya top ölkələr arasında ilk pillədə qərarlaşan komandalardan biridir. Var gücümüzü ortaya qoymağa çalışacağıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right