Karel Yarolim: "Həmin oyunda yaxşı təsir bağışlamamışdı"

"Oyunumuzun pis alındığını deməzdim. Amma qələbə qazansaq da, səhvlərimiz oldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri Çexiya yığmasının baş məşqçisi Karel Yarolim deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində millimizin qonağı olan çexlər 2:1 hesablı qələbə qazanıblar. Matçdan sonra mətbuat konfransı keçirən Yarolim qalibiyyəti şərh edib: “Rəqibin gücünü xüsusilə ikinci hissədə hiss etdik. Azərbaycan yığmasının müdafiə xəttinin daha inamlı olduğunu dünən demişdim və bunu futbolçularıma bildirmişdim”.

- Millidə gələcəkdə dəyişikliklər gözlənilir?

- Komandamızda çox dəyişikliklər olub. Bu gün demək olar, Ostravadakı ilk  görüşdəki heyət çıxış edirdi. Son oyunlarımızda yalnız zədələrlə bağlı bəzi dəyişikliklər olub. Gələcəkdə yeni futbolçular da dəvət oluna bilər.

- Azərbaycan millisini məğlub edən ilk çex məşqçi olduz...

- Bu, ilk dəfə olub? (Jurnalistlərdən təsdiq cavabı aldıqdan sonra sözünə davam edir) Bu barədə düşünməmişdim. Hazırda özümü qalib kimi hiss edirəm.

- Komanda əldə etdiyi fürsətləri dəyərləndirə bilmir. Bunun səbəbi nədi?

- Bu problemi aradan qaldıramağa çalışırıq. Ostravadakı oyunla müqayisədə fürsətləri daha yaxşı dəyərləndirdik. Fikrimcə, oyundan-oyuna daha yaxşı çıxış edirik.

- Yəqin xəbəriniz var, Kamran Ağayev Çexiyanın “Mlada Boleslav” klubunda çıxış edir. Ümumiyyətlə onun çıxışını necə dəyərləndirirsiz? Sizcə, o, milliyə layiq qapıçıdı? 

-  Layiq olub-olmaması barədə danışmaq istəməzdim. Çünki Azərbaycan millisinin baş məşqçisi var və buna o qərar verir. Onu yalnız millinin oyunlarında görmüşəm. “Mlada”da yalnız ilk oyunundan xəbərim var idi. Bildiyim qədər ilə həmin oyunda yaxşı təsir bağışlamamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right