"Atletiko" 20 yaşlı hücumçu transfer edir

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, Madrid təmsilçisi Argentinanın "Rasinq" klubundan Lautaro Martinesi transfer edir. İspaniya mətbuatının yazdığına görə, La Liqa təmsilçisinin idman direktoru Andrea Berta Buenos Ayresə gedərək 20 yaşlı hücumçunun keçidini həll edib.

Qeyd edək ki, Martines Argentinanın U-20 milli komandasının heyətində 11 matçda 8 qolla yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right