AFFA İcraiyyə Komitəsinin iclası başladı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin (İK) iclası start götürüb.

Newsport.az saytının məlumatına görə, toplantı Bakı Olimpiya Stadionunda keçirilir.

İclasda AFFA prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, üzvlərdən xarici işlər naziri Elmar Məmmədyarov, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, təhsil nazirinin müavini Firudin Qurbanov, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, Futzal Federasiyasında Mahir Məmmədov, Sahə Futbol Federasiyasından Zaur Axundov, veteran futbolçular Kazbek Tuayev və İskəndər Cavadov iştirak edirlər. 

Eyni zamanda AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və digər rəsmi şəxslər də iş başında olublar. 

İclasda yalnız AFFA-nın vitse-prezidenti Elşad Nəsirov iştirak etmir.

Qeyd edək ki, iclasdan sonra İK üzvləri 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Çexiya oyununu izləyəcəklər.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right