"Sumqayıt" ikinci dövrəyə onlarsız hazırlaşır

"Sumqayıt" Futbol Klubu Premyer Liqanın II dövrəsi üçün hazırlığını davam etdirir.

Newsport.az-ın məlumatına görə, "kimyaçılar" bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib.

Qeyd edək ki, U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak eməyib. Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb. Təxminən 1,5 saat davam edən məşq prosesində çalışdırıcı daha çox toplu çalışmalara üstünlük verib.

Əlavə olaraq qeyd edək ki, "Sumqayıt" FK II dövrənin ilk turunda doğma arenada oktyabrın 14-də "Qəbələ"ni qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right