Millimiz Çexiyaya uduzdu Yenilənib

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununa çıxacaq.
 
Newsport.az-ın məlumatına görə, yığma komandamız Çexiya millisi ilə üz-üzə gələcək. Robert Prosineçkinin komandası səfərdə çexlərlə qolsuz bərabərliyə nail olub. 
 
Bakı Olimpiya Stadionunda baş tutacaq görüş milli üçün xüsusi önəm daşıyır. Kapitan Rəşad Sadıqovun sonuncu dəfə yığmanın formasını geyinəcəyi oyunda əldə ediləcək qələbənin əhəmiyyəti böyükdür. Rəqibi üstələmək rekord sayda - 13 xalın əldə edilməsi və ilk dəfə 3-cü yeri tutmağa iddianı davam etdirmək anlamına gəlir.

Qeyd edək ki, Azərbaycan millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində sonuncu oyununu oktyabrın 8-də səfərdə Almaniya kollektivinə qarşı keçirəcək.

DÇ-2018, seçmə mərhələ

IX tur


5 oktyabr

C qrupu

20:00. Azərbaycan - Çexiya - 1:2 
Qollar: 
Yan Kopiç, 36 (0:1), Əfran İsmayılov, 55-pen (1:1), Antonin Barak, 67 (1:2)
Baş hakim: Benoit Millot
Baş hakimin köməkçiləri: Julien Pacelli, Bertrand Jouannaud
Dördüncü hakim: Frank Schneider (Hakimlər Fransadandır)
Hakim-inspektor: Are Habicht (Estoniya)
Komissar: Romano Clavadetscher (İsveçrə)
Bakı Olimpiya Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right