"Bu, bizim arzumuzdur" - Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov millinin Çexiya ilə oyundan öncəki açıq məşqi zamanı jurnalistlərin o suallarını cavablandırıb.

Newsport.az saytının əməkdaşı da birifinqdə iştirak edib.

- Millimiz son ev oyununu Çexiyaya qarşı keçirəcək. Bununla bağlı nə deyə bilərsiniz?

- Düzdü, son ev oyunumuz olacaq. Bizim üçün çox önəmli qarşılaşmadı. Doğma azarkeşlərimiz önündə son qarşılaşmamız olduğu üçün komandamız xüsusi motivasiya ilə çıxacaq. Bundan əlavə, kapitanımız Rəşad Sadıqovun da son oyunudu. Millimiz həm də buna görə məsuliyyət daşıyır ki, kapitanı da, azarkeşləri də sevindirməlidi. İnanıram ki, komandamız sabah yaxşı oyun sərgiləyəcək və 3 xal qazanmaq üçün mübarizə aparacaq.

- Maraqlıdı, siz Rəşad Sadıqovun yerinə milli komandada kimi namizəd görürsünüz?

- Baş məşqçimizin qərarından çox şey asılıdır. Yeni tsiklin başlamasında çox zaman qalıb və futbolçlar bu müddət ərzində özünü göstərməlidir. O zaman Rəşadın yerinə kimin oynayacağı bəlli olacaq.  

- Çətin olacağını düşünmürsünüz? Çünki ölkə çempionatında çıxış edən klublarda mərkəz müdafiəçiləri əsasən legionerlərdir...

- Baxaq da, gələcək göstərəcək.

- Sabah İcraiyyə Komitəsnin iclasında müzakirə olunacaq məsələlər arasında Prosineçkinin gələcək aqibəti də varmı?

- Sabahkı iclasın gündəliyi artıq elan olunub. Əsas müzakirə mövzusu Regional Liqa olacaq.  Lisenziyalaşdırma ilə bağlı bəzi dəyişikliklər var, onları tətbiq edəcəyik. Baş məşqçi ilə bağlı  heç bir müzakirə aparılmayacaq. Çünki qarşıda hələ iki oyun var. 

- Millimizin növbəti aylar üçün planları necədir? Noyabr ayında yoxlama oyunu keçiriləcəkmi?

- Düzü, iki oyun başa çatdıqdan sonra qərar qəbul etmək istəyirdik. Digər tərəfdən də düşünürük ki, yoldaşlıq oyununa görə futbolçuları yükləmək düzgün deyil, nəzərə alaq ki, “Qarabağ” da Çempionlar Liqasında oynayır. Ancaq təbii ki, məşqşilər öz aralarında danışdıqdan sonra bizə məlumat verəcəklər. Oynamaq arzusunda olsalar, təbii ki, rəqib tapmağa çalışacağıq.

- Bəzi klublar legioner limiti ilə bağlı narazılıq edirlər. Gələcəkdə bu məsələdə hansısa dəyişiklik olacaqmı?

- Hazırda bu məsələ gündəmdə deyil. Son illər 6+5 sistemi qüvədədir və təcrübə göstərir ki, bu, öz müsbət təsirini verir.  Yadınızdadırsa, 2008-ci ildə 0-dan başladıq, ümumiyyətlə limit yox idi. Sonra hər iki ildən bir sistmatik olaraq limit tətbiq etməyə başladıq və həmin limiti tətbiq etdikdən sonra "Neftçi", "Qəbələ", "Qarabağ" Avropa Liqasında, Çempionlar Liqasında qruplara düşdü, millimiz yaxşı nəticələr göstərməyə başladı. O cümlədən, 21 yaşadək futbolçularımız da yaxşı çıxış etməyə başladılar. Unutmayaq ki, bu, FİFA tərəfindən tövsiyə olunan sistemdir. Hazırkı araşdırmalar göstərir ki, bu sistemlə davam edəcəyik.

- Regional Liqada neçə komanda iştirak edəcək?

- Bir neçə variant var. Bu təklifləri İK-nın sabahkı iclasında təqdim edəcəyik. Bir neçə mexanizm tətbiq oluna bilər. Ola bilsin ki, 4 liqa olsun və sonra final mərhələsi keçirilsin. Yaxud bir liqa ola bilər, ev-səfər prinsipi ilə oynayarlar. Təbii ki, Regional Liqa həvəskar səviyyəsində olacaq. 

- Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlamasında bildirmişdi ki, gələn il Premyer Liqada 12 komanda iştirak edəcək. Bu, məsələ dorğudurmu?

- Əslində bu, bizim arzumuzdu. İlk növbədə 10 komandalı çempionat qurmalıyıq ki, sonradan bunu 12 edə bilək. Lakin hazırda heç bir müraciət almamışıq. Məncə, Azərbaycan üçün 10-12 komandalı çempionat normaldı. 

- Birinci divizionun 3 dövrəli olması məsələsi də var. Bu üsulla komandalar razılaşacaqlarmı?

- Artıq bəzi komandalarla danışmışıq. Fikirlərini öyrənmişik. Biz həm də çalışırıq ki, əlavə bir kubok yarışı keçirək. Ola bilər ki, bu, paytaxt kuboku olsun. Ya da hansısa sponsor olsa, adı başqa ola bilər. Əsas məqsəd budur ki, əlavə oyunlar olsun.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right