“Kəpəz”in sabiq qapıçısı Arif Əsədovun köməkçisi oldu

Futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Sabah” klubu debütant olsa da, məşqçi korpusunda yer alan şəxslərin futboldakı çəkisi baxımından rəqiblərini qabaqlayır. Belə ki, “Sabah” klubuna Azərbaycan futbolunun tanınmış nümayəndəsi Arif Əsədov rəhbərlik edəcək.

Newsport.az-ın məlumatına görə, ona “Neftçi”nin çempion heyətində yer almış ənənəvi yardımçısı Elmir Xankişiyev köməklik edəcək.

Bundan əlavə, klubun qapıçı məşqçisi də müəyyənləşib. Arif Əsədov “Kəpəz”dəki çıxışlarından tanıdığımız qapıçı Xəyal Zeynalovu korpusuna daxil edib.

Qeyd edək ki, Zeynalov buna qədər “Vətən”  klubunda çalışırdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right