Elxan Abdullayev: "Mən 21 xal yığmışdım, görək, Tərlan Əhmədov neçə xal yığacaq?"

Neftçi"nin sabiq baş məşqçisi Elxan Abdullayevin müsahibəsi.

- Elxan müəllim, qarşıdan milli komandamızın Çexiya və Almaniya seçmələri ilə görüşləri var. Bu oyunlar haqda düşüncələriniz nədir?

- Çexiya millisi realdı. Yəni bu yığmanı uda da bilərik. Niyə də olmasın? Heç-heçəyə də ümid etmək mümkündü. Ancaq məğlub olmağımızı istəməzdik. Almaniya matçı isə formal xarakter daşıyır. Yəqin ki, uduzacağıq. Çünki almanlar hədsiz güclüdü. 3-cü heyətlə meydana çıxsalar belə, bacarmarıq. 

- Çexiya matçı həmçinin, millimizin kapitanı Rəşad Sadıqov üçün sonuncu olacaq...

- Qərarına hörmətlə yanaşmalıyıq. O, milli komandamız üçün çox şey edib. Layiqli mübarizələr aparıb. Yəqin, düşünüb ki, oynamaq çətindi. İstənilən halda, yaş öz sözünü deyir. Zarafat deyil, 3 cəbhədə vuruşur. Həm, milli komandanın heyəti, həm də "Qarabağ"la Çempionlar Liqasının və ölkə çempionatının görüşləri. Bu səbəbdən hamımız onun qərarına hörmətlə yanaşıb, çoxsağol deməliyik.

- Ölkə çempionatının oyunlarını izləyirsiz?

- Əlbəttə, bu mənim işimdi.

- Son turu necə təhlil edərdiz?
- Hazırda çempionatın ən zəif komandası "Kəpəz"di. Bunun da səbəbləri var. Klubun aparıcı heyət üzvləri kollektivi tərk etdi. Maliyyə cəhətdən də əziyyət çəkirlər. Şahin Diniyev əlində olan futbolçularla nəsə yaratmağa çalışır. Son turda qarşılaşdıqları "Qəbələ" oyununda gördük ki, ümüid qığılcımları var. Nəzərə almaq lazımdı ki, onlar II dövrənin matçlarını evdə oynayacaqlar. "Qəbələ"nin evdə uduzması sürpriz oldu.
"Qarabağ" - "Zirə" matçını isə sürpriz saymıram. Çünki "Zirə" elə də pis komanda deyil. Göstərdikləri oyun göz qabağındadı. Hətta mən deyərdim, onlar əllərinə düşən fürsətlərdən istifadə etsəydilər, qələbə də qazana bilərdilər.
"Səbail" - "Sumqayıt" görüşü haqda onu deyə bilərik ki, bu oyunda təcrübə öz sözünü dedi. "Səbail" debütant komandadı. Hələ yeni-yeni formalaşmağa çalışır. "Sumqayıt" isə neçə illərdi Premyer Liqada çıxış edir. 

 

"Neftçi"nin "İnter"i məğlub etməsinə gəlincə, udsunlar də... "İnter" hazırda zəif çıxış edir. Biz onları keçən il 3 dəfə udmuşduq. "Neftçi"yə sevinmək hələ tezdi, qarşıdakı turlarda biləcəyik, nə var, nə yox.

- "Neftçi"nin hazırkı baş məşqçisi Tərlan Əhmədov sizin "Neftçi"ni pis vəziyyətdə qoyub getdiyiniz düşüncəsindədi...

- Mən "Neftçi"ni pis vəziyyətdə qoymuşam? Guya məndən qabaq işləyənlər əla vəziyyətdə qoymuşdular ki? Mən o heyətlə keçən il 21 xal yığdım. Görək, Tərlan Əhmədov neçə xal yığacaq? Onlara uğurlar arzu edirəm.

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right