"Beşiktaş"ın və "Ayntraxt"ın futbolçuları millimizdə

19 yaşadək futbolçulardan ibarət millimizin heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, Avropa çempionatının ilkin seçmə mərhələsində İrlandiya, Serbiya və Kiprlə yarışacaq komandamızın heyətinə 21 oyunçu cəlb edilib.

Baş məşqçi Təbriz Həsənov bu oyunçulara dəvət göndərib:

Qapıçılar: Şahin Zəkiyev (İnter), Murad Popov (Qəbələ), Məmməd Hüseynov (Qarabağ)

Müdafiəçilər: Hüseyn Seyligli, Mətin Gülər (hər ikisi Beşiktaş, Türkiyə), Əsgər Hüseynov, Elçin Əsədov, Yusif Həsənov (hər üçü Qarabağ), Ricat Qarayev, Murad Qayalı (hər iksi İnter)

Yarımmüdafiəçilər: Bahadur Həziyev (MOİK), Pilağa Mehdiyev (Qarabağ), Murad Mahmudov (“Ayntraxt”, Almaniya), Fərid Nəbiyev (Slaviya, Çexiya), Rafael Məhərrəmli (İnter), Ekinçilər Barış (Bohum, Almaniya), Süleyman Əhmədov (Qarabağ), Ceyhun Muxtarlı (İnter)

Hücumçular: İbrahim Əliyev (Qarabağ), Doğukan Oksuz (Trabzonspor)

Həmçinin yığmamızın oyun təqvimi də bəllidi. İrlandiyada keçiriləcək oyunlarda millimiz ilk matçını sabah meydan sahiblərinə qarşı olacaq. Komandamız ayın 7 və 10-da müvafiq olaraq Serbiya və Kiprlə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right