"Sumqayıt"la "Qarabağ" razılaşdı

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama matçı keçirəcək.

Newsport.az-ın məlumatına görə, “kimyaçılar” “Qarabağ”la qarşılaşacaq.

Tərəflər yoxlama oyunu keçirməklə bağlı razılıq əldə etsə də, hələ ki, detallar bəlli deyil. Matçın məkanı və hansı tarixdə keçiriləcəyi bilinmir.

Qeyd edək ki, bu komandaları cari Premyer Liqadakı oyununda “Qarabağ” öze meydanında “Sumqayıt”ı 4:1 hesabı ilə üstələmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right