Millimizin oyunu islandlara tapşırıldı

Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı keçirəcəyi oyunun hakimləri məlum olub.

Newsport.az-ın məlumatına görə, UEFA görüşü İslandiyadan olan hakimlər briqadasına həvalə edib.

Matçın baş hakimi Vilhyalmur Torarinsson olacaq. Köməkçi hakimlər Qilfi Mar Siqurdssonla Frosti Vidar Qunnarsson, ehtiyat hakim isə Toroddur Hyaltalindi.  

Oktyabrın 6-da Almaniyanın “Frendşaft” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right