“Kəpəz”in fasilə üçün hazırlıq planı məlumdu

Milli komandaların DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi oyunlar səbəbindən Topaz Premyer Liqasında yaranan fasilə müddəti üçün “Kəpəz”in hazırlıq planı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubu oktyabrın 3-də Bakıda məşqləri bərpa edəcək. Komanda oktyabrın 7-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda hazırlaşacaq. Məşqlər hər gün saat 16:00-da başlayacaq. 

“Kəpəz”in fasilə dövründə yoxlama oyunu keçirməsi də planlara daxildir. Belə ki, Nizami yurdunun təmsilçisi oktyabrın 8-də “Səbail” ilə qarşılaşacaq. Bu oyundan sonra bir gün istirahət edəcək komanda üzvləri ayın 10-dan “Dalğa Arena”nın süni meydançasında “Zirə”yə qarşı çempionat matçının hazırlıqlarına start verəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right