“Tərlan Əhmədov bizdə özünəinamı qaytarıb” - Meza Kolli

"İlk qələbəmizi qazandığımıza görə çox şadam. Son həftələr öz üzərimizdə çox çalışmışıq”.  

Newsport.az-ın məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Derlis Meza Kolli Topaz Premyer Liqasının 7-ci turunda "İnter” üzərində 2:0 hesablı qələbəni şərh edərkən deyib.
 
Matçda "Neftçi”nin ilk qoluna imza atan 29 yaşlı paraqvaylı yarımmüdafiəçi "Neftçi TV”yə açıqlamasında bildirib ki, yeni baş məşqçi Tərlan Əhmədov komandaya özünəinamı qaytarıb: "Yeni baş məşqçi bizdə özünəinamı qaytarıb. Bunun da komanda şəklində qalib gəlməyimizə köməyi dəydi. Əlbəttə, qələbəmizdə azarkeşlərin də böyük payı var. Komanda bir ailə olanda qələbə də olur”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right