Azərbaycan Premyer Liqasının 7-ci turunu neçə azarkeş izlədi?

Azərbaycan Premyer Liqasının 7-ci turunu sadiondan izləmiş azarkeş sayı bəlli olub.

Newsport.az xəbər verir ki, turda ən çox azarkeş “İnter Arena”da qeydə alınıb. Burda baş tutmuş “İnter” - “Neftçi” matçını (0:2) 3500 tamaşaçı tribunalardan izləyib.

Ən az azarkeş isə Qəbələ şəhər stadionunda qeydə alınıb. 175 tamaşaçı “Kəpəz”in “Qəbələ” üzərində 2:0 hesablı qələbəsinin canlı şahidi olub.

Digər oyunlardan Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş turun mərkəzi oyunu olan “Qarabağ” - “Zirə” qarşılaşmasını (0:0) 2500, “Dalğa Arena”da keçirilmiş “Səbail” - “Sumqayıt” matçını (0:2) isə 400 tamaşaçı izləyib.

Ümumilikdə, turun 4 oyununu 6575 azarkeş izləyib ki, bu da, hər oyuna orta hesabla 1643 tamaşaçı deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right