"Qəbələ" 559 gündən sonra

“Qəbələ”nin öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Newsport.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” Topaz Premyer Liqasının 7-ci turunun “Kəpəz”lə ev matçında 0:2 hesabı ilə uduzub. Əyalət klubu bunadək son 21 çempionat oyununda qonaqlara məğlub olmamışdı.

 “Qəbələ” “Kəpəz”ə qədər sonuncu ev məğlubiyyətini 2016-cı il martın 19-da “Qarabağ”dan alıb. 1:2 hesablı məğlubiyyətdən 559 gün sonra uduzan Roman Qriqorçukun komandası 2015/16 mövsümünün son 4, cari mövsümün isə ilk ev oyununda xalsız qalmayıb. 2016/17 mövsümündə isə heç bir komanda Qəbələdən qalib dönməyib. Bu 21 matçda 15 qələbə qazanan “qırmızı-qaralar” 6 heç-heçə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right