Rəşad Sadıqov milli karyerasını başa vurur

Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov yığma karyerasını başa vuracaq.

Newsport.az xəbər verir ki, “Futbol+”a istinadən xəbər verir ki, o oktyabrın 5-də sonuncu dəfə millimizin şərəfini qoruyacaq.

Sadıqov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Çexiya millisinə qarşı matçdan sonra milli karyerasını bitirəcək. 

Qeyd edək ki, 35 yaşlı müdafiəçi millinin heyətində ilk matçını 2001-ci il oktyabrın 6-da Solnada İsveçə 0:3 hesabı ilə məğlub olduğumuz qarşılaşmada geyinib. Sadıqov indiyə kimi yığmada keçirdiyi 110 oyunla bu mənada rekordçudu.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right