Pedro Enrike: "Futbola başlayanda inəklərin yanında oynamışam"

"Qarabağ" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə"ni qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Pedro Enrike jurnalistlərin suallarını cavablandırıb. Braziliyalı oyunçu ilk olaraq oyun haqda danışıb:

- İstənilən komanda qələbə üçün hazırlaşır. Rəqibin zəif cəhətlərin bilsək də, yaxşı qapanmışdılar. Ona görə də istədiyimizi reallaşdıra bilmədik.
 
- 70 min azarkeş dəstəyindən sonra 2 min fanatın olduğu oyuna köklənmək necədi?
- Təbii ki, bu, müqayisəolunmazdır. İnsandan insana fərq var. Mənim üçün heç bir fərqi yoxdu. Mən futbola başlayanda oyunuma heç kim baxmayıb. Ancaq ev hevanları, inəklərin yanında oynayırdım. Az azarkeş olsa da, sona qədər bizi dəstəklədilər. Onlara təşəkkür edirəm.
 
- Əvvəlki oyunlarda istədiklərini edə bilirdin. Bu gün isə performansını tam olaraq nümayiş etdirə bilmədin. Bunun səbəbi “Roma” ilə oyunun yorğunluğudu, yoxsa “Zirə”nin müdafiəçilərinin ustalığı?
- Mən şəxsən ikinci hissədə yorğunluğu hiss edirdim. Rəqib də qapanmışdı, boş zona vermirdilər. Boş zona olmadığı üçün bizə də çətin idi. Komandamız da əlindən gələni etdi. Meydanda olan gənc futbolçular da çox çalışdılar.
 
- Rəqibinin “Zirə” liderlər qrupunda qərar tutub. Ümumiyyətlə, Azərbaycan çempionatı gözlədiyin səviyyədədirmi?
- Digər komandalara baxanda bugünkü rəqib bizə çətinlik yaratdı. Təsadüfi deyil ki, onlar liderlər cədvəlində qərarlaşıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right