“Qarabağ”dan ilk xal itkisi Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci tura yekun vurulacaq. 

Newsport.az-ın məlumatına görə, son oyun günündə yalnız bir qarşılaşma keçiriləcək. 

Çempionatın vahid lideri "Qarabağ" ən yaxın izləyicisi "Zirə"ni sınağa çəkəcək. Rəqiblərindən 1 oyun az keçirən son illərin dəyişməz çempionu cari mövsümdə hələ ki xal itirməyib. 

"Zirə" isə keçirdiyi 6 görüşdə məğlubiyyət acısı yaşamayıb. Ayxan Abbasovun komandası "Qarabağ" səfərindən 3 xalla dönsə, zirvəni ələ keçirəcək. 

Azərbaycan Premyer Liqası, 7-ci tur

1 oktyabr (bazar)

18:00.“Qarabağ” – “Zirə” 0-0
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Mehman Mahmudov, Fariz Yusifov
Tofiq Bəhramov adına Respublika Stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right