"Özümüz öz üzərimzidə çox böyük təzyiq yaratmışdıq" - Samir Abasov

Premyer Liqasının 7-ci turunda səfərdə “Səbail”i məğlub edən (2:0) “Sumqayıt”ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az xəbər verir ki, Abasov əvvəlcə oyunla bağlı fikirlərini bildirib: "Bu qələbə bizim üçün çox vacib idi. Özümüz öz üzərimzidə çox böyük təzyiq yaratmışdıq. Şükürlər olsun ki, bu qələbəylə bunu öz üzərimizdən ata bildik. İndi fasiləyə rahat yollana bilərik. Bu gün uşaqlar verilmiş tapşırıqları tam yerinə yetirdilər. Belə getsə, daha yaxşı yerlərə çıxa biləcəyik".

- “Daha yaxşı yerlər” deyəndə məhz hansı nəticəni nəzərdə tutursuz? 

- Bundan öncəki oyunlarda bəzi qarşılaşmalar olmuşdu ki, məhz öz səhvlərimzidən məğlub olmuşduq. Bu oyun bizə ümid verir ki, qarşıdakı oyunlarda bu cür səhvlərə yol verməyək və daha yaxşı nəticələr qazanaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right