"Şüvəlan" rəhbərliyi komanda ilə görüşdü FOTO

"Süvəlan" klubunun rəhbərliyi I divizionda yeni mövsümün başlaması ərəfəsində komanda üzvləri ilə görüş keçirib. 

Newsport.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə,  vitse-prezident Fikrət Hüseynov, icraçı direktor Emin Abbasov və komandanın baş məşqçisi Aqil Nəbiyev qarşıdakı mövsümlə bağlı fikirlərini çatdırıblar.

Əsas hədəf kimi "Şüvəlan"ın I divizionda çempion olması və yenidən Premyer Liqaya qayıtması göstərilib. Futbolçular adından isə komandanın kapitanı Hüseyn Axundov danışıb. O, bu heyət və yaradılan şəraitlə qarşıya qoyulan məqsədlərə çatmağın mümkün olduğunu deyib.

Qeyd edək ki, "Şüvəlan" ilk turun oyununu oktyabrın 4-də səfərdə "Turan Tovuz"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right