Şahin Diniyev: "Səbail"lə görüşdən sonra inamım itmişdi"

Premyer Liqasının VII turu çərçivəsində keçiriləın “Qəbələ” – “Kəpəz” matçından sonra qonaqların baş məşqçisi Şahin Diniyev mətbuat konfransı keçirib.

Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli mütəxəssis sevincini gizlətmədi.

- Maraqlı oyun alındı. “Qəbələ”nin heyətində oyunun müqəddəratını həll edə biləcək futbolçular çox idi. Oyunumuzu müdafiədən sürətlə hücuma keçmək üzərində qurmuşduq. Açığı, gözləmirdim ki, belə nəticə qeydə alınacaq. RƏhbərliyə minnətdarlıq bildirirəm ki, sonadək arxamızda dayandılar.

- “Neftçi”nin qələbə xəbəri komandanı silkələdimi?
- Başqa komandanın udub-uduzması üzərində dayanmırıq. Tutduğumuz yer göstərdiyimiz oyuna uyğundu.

- “Səbail”lə oyun və bugünkü matç. Yerlə göy qədər fərq var. Bu, 5-6 gündə nə dəyişdi?
- Razıyam. “Səbail”lə hücum belə təşkil edə bilmirdik. Həmin oyundan sonra işıq görmürdüm. Bu 6 gün mənim üçün çox ağır keçdi. Tanımamışdım yetirmələrimi. Açıq deyim, bu günlər ərzində sərt söhbətlərim oldu futbolçularla. Məşq prosesində də müəyyən dəyişikliklər elədik.

- Bəlkə komandanızda daha aşağı rəqiblərlə matçlarda elitar rəqiblərə qarşı olan motivasiya çatmır?
- Bu, hər yerdə belədi. Əvəzedicələrlə oyuna liderlə görüşə olduğu kimi çıxmaq mümkün deyil. Ancaq bu gün turnir cədvəlində bizdən aşağı pillədə qərarlaşan yoxdu. Deməli, heç kimə yuxarıdan aşağı baxmaq hüququmuz yoxdu.

- Bu, cari mövsümdə ən yaxşı oyununuz idi?
- Bəli. “Qarabağ”a qarşı son 25 dəqiqəni bundan daha yaxşı oynadıq. Ancaq tam oyun götürsək, razılaşmalıyam.

- Komandanızın yüksələn qrafik cızacağına inanırsınız?
- “Səbail”lə görüşdən sonra inamım itmişdisə, indi buna çox ümidliyəm.

- “Kəpəz” “Qəbələ” üçün arzuolunmaz rəqibə çevrilib.
- Qalib gəldikdən sonra nələrsə desəm başqa cür çıxa bilər. Bəlkə bəxtimiz gətirir, bəlkə geriyə yol yoxumuz idi. Desəm ki, taktiki cəhətdən rəqibi üstələdik, bu, ədalətsizlik olar.

Mərdan Həsənov/ Qəbələ





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right