Zaur Svanadze: "Yanvara qədər bizə çətin olacaq"

Azərbaycan Premyer  Liqasının 7-ci turunda keçirilən “İnter” – “Neftçi” matçından (0:2) sonra meydan sahiblərinin baş məşqçisi Zaur Svanadze mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Newsport.az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis ilk olaraq oyun haqda danışıb: "Həmişəki kimi cəhd etdik. İlk qola kimi yaxşı oynadıq. Samir Zərgərov 3 qol şansını qaçırdı. “Neftçi” yaxşı komandadı. Oyunun nəticəsi ədalətlidi. Heyətimizdə Nizami Hacıyev və İlkin Qırtımov yox  idi. Növbəti matçlara hazırlaşmalıyıq".

- Sizə elə gəlmir ki, rəqib oyunçular qələbəni daha çox istəyirdi.

- Bizdə də o istək var idi. Ancaq fərqi ustalıqda görərdim. “Neftçi”də yaxşı futbolçular çoxdu.

- “Neftçi” bu gün qonaq olsa da, tribunalarda elə görünürdü ki, sanki meydan sahibləridilər. Məğlubiyyətdə bunun rolu oldumu?

- Müəyyən dərəcədə ola bilər. Amma bu, əsas amil deyil. Hərdən elə olur ki, bizi də az azarkeş dəstələyir, amma qalib gəlirik. Azarkeşlərmizə təşəkkür edirik ki, bizə dəstək olurlar.

- Aqşin Quluzadə son oyunlarda meydana çıxmır. Ancaq mövsümün ilk natçlarında çıxış edirdi...

- Gələn matçda meydana çıxacaq. Taktiki gedişlərə əsasən oynamırdı.

- İki mövsüm eyni heyətlə qələbələr qazanmaq çətin deyil?

- Düşünmürəm ki, eniş var. Sadəcə, ötən mövsüm tam başqa heyətimiz var idi. Taktika da fərqli idi. Mövsümün əvvəlində də qeyd etmişdim ki, bizə çətin olacaq. Çünki bir neçə oyunçu getdi və transferlər edə bilmədik. Yanvara qədər bizə çətin olacaq.

- İlin sonunda transfer qadağası başa çatacaq. İndidən gözaltı etdiyiniz futbolçular var?

- Hələ bilmirik. Ümid edirik ki, həm yerli, həm də əcnəbi oyunçuları transfer edə biləcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right