"Qəbələ"dən 15 cavabsız qol

AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda növbəti matçlar baş tutub.

Newsport.az-ın məlumatına görə, yarışlarda uğurla çıxış edən “Qəbələ” Futbol Akademiyasının komandaları da bu oyunlarda qüvvələrini sınayıblar. 

U-19 Gənclər Liqasına qələbə ilə başlayıb. Sözügedən komanda “Neftçi” İK İB üzərində səfər qələbəsinə sevinib – 3:0. “Qəbələ” U-17 Liqasında növbəti uğurunu əldə edib. Bu komanda “Səbail”lə səfər matçında 3 xal qazanıb – 4:3. 3 turdan sonra 7 xala malik komanda 4-cü yerdə qərarlaşıb.

U-15 isə mövsümə bərabərliklə başlayıb. “Qırmızı-qaralar” evdə “Vətən”lə görüşdə 1 xalı 1 qolla qazanıb – 1:1. Paytaxt regionunun Bakıdakı oyunlarında çıxış edən U-14 və U-13 də ilk oyunlarını keçirib. 14 yaşadək futbolçular “Qarabağ”ı 3:0, U-13 isə “Vətən” RİOEUGFM komandasını 4:1 hesabı ilə məğlub edib.

U-12, U-11 və U-10 Liqalarında çıxış edən komandalar Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında II turun görüşlərinə çıxıb. 12 yaşadək futbolçuların yarışında “Qəbələ” Yevlax UGİM-ini 5:0, UGİM isə Yevlax “UGİM Rabitəçi”sini 1:0 hesabı ilə yenib. İkinci qələbəsini qazanan “Qəbələ” liderdisə, UGİM-in 3 xalı var. U-11 Liqasında “Qəbələ” Yevlax UGİM-ini 9:0, UGİM isə Yevlax “UGİM Rabitəçi”sini 5:2 hesabı ilə üstələyib. Liderliyi ələ alan “Qəbələ” 6 xala malikdirsə, digər komanda 3 xal qazanıb. “Qəbələ”nin U-10 komandası Yevlax UGİM-ini 15:0 hesabı ilə məğlub edib. UGİM isə “UGİM Rabitəçi” (Yevlax) ilə oyunda uduzub - 1:5. Bir oyun keçirən “Qəbələ” və 2 oyuna çıxan UGİM-in hərəsi 3 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right