"Kəpəz" - "Qəbələ" matçının məkanı dəyişdirildi

“Kəpəz” klubu Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın məlumatına görə, klub Gəncə şəhər stadionunda təmir işlərinin yekunlaşmadığını əsas gətirərək 7-ci turda keçirilməli olan “Kəpəz” - “Qəbələ” matçının yerinin dəyişdirilməsini xahiş edib. Yenidənqurma işlərini və “Qəbələ” klubunun razılıq məktubunu alan PFL aşağıdakı qərarları qəbul edib:

Azərbaycan Premyer Liqasının 7-ci turunun “Kəpəz” - “Qəbələ” matçı 29 sentyabr 2017-ci tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

7-ci turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə ikinci dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin.

Xatırladaq ki, “Kəpəz” bu mövsüm Gəncədə keçirilməli olan oyunlarının heç birini doğma meydanda keçirməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right