UEFA Bağırzadəni Zabit Səmədovla əvəzlədi

UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan klublara azarkeşlik edən məşhur adamların siyahısında dəyişiklik edib.

Newsport.az-ın məlumatına görə, qitə futbol qurumunun saytı əvvəlcə “Qarabağ”ın azarkeşi kimi təqdim etdiyi Bəhram Bağırzadəni siyahıdan çıxardıqdan sonra onun yerinə kikboks üzrə dünya çempionu Zabit Səmədovun adını daxil edib.

Məlum olduğu kimi, “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü və bu komandanın azarkeşi kimi tanınan B.Bağırzadənin adının bu siyahıda yer alması ölkəmizdə birmənalı qarşılanmamışdı. Səhvini tez anlayan UEFA məşhur aktyorun adını siyahıdan çıxarmış, ümumiyyətlə həmin məqalədə “Qarabağ”la bağlı abzas da yığışdırılmışdı.

Artıq yazıda “Qarabağ”la bağlı hissə bərpa edilib və komandanın azarkeşi kimi Zabitin adı göstərilib: “Zabit Səmədov “Qarabağ”ın azarkeşlərindəndir. O, qrup oyunlarından əvvəl özünün İnstagram səhifəsində “Qarabağ”ı dəstəkləyən mesajlar paylaşır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right