"Roma" ilə oyunda möcüzə mümkünsüz görünür" Prosineçki

“Futbolda möcüzələr olur. Amma “Roma” ilə oyunda bu, mümkünsüz görünür”.

Newsport.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki İtaliya mətbuatına açıqlamasında deyib.

Xorvatiyalı mütəxəssis “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində bu gün “Roma” ilə qarşılaşacağı oyun haqda danışıb. O, təmsilçimizin bu turnirdə təcrübəsinin az olduğunu və buna görə də çətinlik çəkəcəyini bildirib:

“Düzdür, “Qarabağ” ölkə çempionatında neçə illərdir liderlik edir. Ancaq çempionatda rəqabətlə üzləşmir. Azərbaycanda futbola böyük investisiyalar qoyulmur. Yalnız “Qarabağ” fərqlənir. Ancaq “Qarabağ”ın çempionatda öz səviyyəsində rəqibləri yoxdur”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right