“Qarabağ”ın gəncləri “Roma”ya uduzdu Yenilənib

Bu gün UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qarabağ” növbəti oyununa çıxacaq.

Newsport.az-ın məlumatına görə, Ağdamın U-19 komandası “Azərsun Arena”da İtaliyanın “Roma” klubunu qəbul edəcək. 

İlk turda “Çelsi”yə qarşı 5:0 hesabı ilə məğlub olan “köhlən atlar” evdə turnirdəki ilk qələbəsini qazanmağa çalışacaq.

“Canavarlar” isə ilk turda doğma meydanda “Atletiko”ya (Madrid) 2:1 hesabı ilə məğlub olduqdan sonra ilk qalibiyyətini əldə etmək üçün mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı saat 14:00-da start götürəcək. Qarşılaşma "CBC Sport" telekanalıyla canlı yayımlanacaq.

UEFA Gənclər Liqası
 

27 sentyabr
 

C qrupu

14:00. “Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya) - 0:3 
Qollar: 
Jan Kelar, 11, Kelar, 60, Antonucci, 77
Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan)
"Azərsun Arena"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right