"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirildi

Azərbaycan Premyer Liqasının VII turunda "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyunun yeri dəyişdirilib.

Newsport.az-ın məlumatına görə, bu barədə "Report"a "qırmızı-qaralar"ın meneceri Səbuhi Səfiyarlı məlumat verib.
Onun sözlərinə görə, görüş sentyabrın 29-da Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyun saat 18:30-da başlanacaq.

Səfiyarlı dəyişikliyin "Kəpəz" rəhbərliyinin istəyi əsasında gerçəkləşdiyini bildirib. Səbəb kimi Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işlərinin hələ yekunlaşmaması göstərilib. "Qəbələ" tərəfi də bu xahişi qəbul edib. Əvəzində bu komandalar arasında noyabrın 25-də keçirilməli olan II dövrənin oyunu Gəncədə olacaq.

Qeyd edək ki, Peşəkar Futbol Liqası stadion dəyişikliyinə dair qərarı hələ açıqlamayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right