Fərid Nəbiyev məhsuldar ötürmə ilə yadda qaldı

Çexiya gənclər liqasında IX turun oyunları keçirilir. 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın 21 yaşlılardan ibarət komandası öz meydanında "Teplitse"ni qəbul edib. 

Matç Fəridin komandası üçün uğursuz alınıb. Belə ki, qonaqlar 4:1 hesablı qələbə qazanıb. 

Fərid 72-ci dəqiqədə oyuna daxil olsa da, komandasının yeganə qolunun vurulmasında pay sahibi olub. Məhz Nəbiyevin ötürməsindən sonra “Slaviya” təsəlli qoluna imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right