AFFA rəsmisi Avropa çempionatının oyunlarına təyinat aldı

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Portuqaliyada keçiriləcək 10-cu qrupunun oyunlarına təyinat alıb. 

Newsport.az-ın məlumatına görə, o, sentyabrın 25-dən oktyabrın 1-dək keçiriləcək oyunlarda UEFA nümayəndəsi olacaq.

Bu qrupda Portuqaliya, Avstriya, Gürcüstan və Şimali İrlandiya yığmaları mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right