Mövsümün antirekordu qeydə alındı

Azərbaycan Premyer Liqasının 6-cı turunu stadiondan izləyən azarkeş sayı məlum olub.

Newsport.az-ın məlumatına görə, ən çox azarkeş “Qarabağ” - “Sumqayıt” oyununda (4:1) qeydə alınıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçı cəmi 1400 tamaşaçı tribunalardan izləyib.

Turun ən aşağı nəticəsi isə Mərdəkandakı “Dalğa Arena”da qeydə alınıb. “Səbail”in “Kəpəz” üzərində 1:0 hesablı qələbəsinə, cəmi 300 azarkeş tribunalardan canlı şahidlik edib.

Digər oyunlardan Qəbələ şəhər stadionunda keçirilmiş “Qəbələ” - “Neftçi” qarşılaşmasını (2:1) 1000, Zirə idman kompleksinin stadionunda baş tutmuş “Zirə” - “İnter” matçını (1:1) isə 1200 tamaşaçı tribunalardan izləyib.

Ümumilikdə, turun 4 oyununu 3900 azarkeş izləyib ki, bu da hər oyuna orta hesabla 975 tamaşaçı deməkdi. Xatırladaq ki, bu nəticə cari mövsümdə qeydə alınmış ən aşağı nəticədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right