Mövsümün 50-ci qolu vuruldu

Premyer Liqasında mövsümün 50-ci qolu vurulub. Bu, VI turun “Qarabağ” – “Sumqayıt” oyununa təsadüf edib.

Newsport.az-ın məlumatına görə, matçın 65-ci dəqiqəsində hesabı 3:1-ə çatdıran Mahir Mədətov mövsümün yubiley topunun müəllifi olub. 50-ci qol çempionatın 20-ci qarşılaşmasına təsadüf edib.

Maraqlıdır ki, mövsümün ilk qolunun da müəllifi Mahir olub. Avqustun 11-də “Neftçi” ilə səfər oyununun 15-ci dəqiqəsində fərqlənən Mədətov 42 gündən sonra 50-ci qola imza atıb. Ümumilikdə isə 6 turun 23 oyununda 57 qol vurulub. Orta məhsuldarlıq 2,48-ə bərabərdir.

Qeyd edək ki, bu qarşılaşmada 4:1 hesabı ilə qalib gələn mövsümün startından 5-ci, ümumilikdə isə 8-ci çempionat qələbəsini qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right