"Adi səhvlərdən qol buraxdıq" - Ruslan Abışov

"Qəbələ" səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu"

Bu sözləri Newsport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşına "Neftçi"nin kapitanı Ruslan Abışov Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduğları oyundan sonra deyib. Ağ-qaraların kapitanı daha sonra sözünə belə davam edib: "1 qol vurduq, bəxtimiz gətirmədi. Adi səhvlərdən qol buraxdıq. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu vacib amildi. Fikrimcə bu ağır durumdan çıxa biləcək gücümüz var. Bütün gücümüzü toparlayıb bu vəziyyətdən çıxmaqa çalışacayıq".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right