Birinci divizionda yenilik: 3 dövrə

2017/18 mövsümündə futbol üzrə Azərbaycanın I divizionu 3 dövrədən ibarət olacaq.

Newsport.az xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev açıqlama verib. O qeyd edib ki, bu addım komandaların daha çox oyun keçirməsi üçün atılıb.

Reqlamentə əsasən, püşkün nəticəsinə görə I dövrədə ev sahibi kimi çıxış edəcək komanda III dövrədə də rəqibini öz meydanında qəbul edəcək. Bu isə o deməkdir ki, komandalardan 5-i mövsüm ərzində 13, 5-i isə 14 matçı evdə keçirəcək. Limit isə belədir: komandaların start heyətində 2 legioner yer ala bilər. 3 yerli oyunçu isə mütləq 21 yaşadək olmalıdır.

Çempionat iştirakçıları eyni topla mübarizə aparacaqlar.

Qeyd edək ki, mövsümün açılış turu oktyabrın əvvəlində oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right